Türkiyə klubunun üzvü Azərbaycan millisinə dəvət edildi

13:49 - 7 Mart 2024

Türkiyənin “Boluspor” klubunun hücumçusu Vüsal İsgəndərli Azərbaycan milli komandasına dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə “Bolu Gündem” məlumat yayıb.

28 yaşlı hücumçu FİFA-nın mini-turnirində Bakıda Monqolustan (22 mart) və Bolqarıstan (25 mart) yığmalarına qarşı keçiriləcək oyunlarda oynayacaq.

28 yaşlı futbolçu 2024-cü il yanvarın 11-də "Boluspor"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti