Mahir Emreli məşqlərə başladı

15:50 - 7 Mart 2024

"Dinamo"nun hücumçusu Mahir Emreli zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard komanda ilə birlikdə məşqlərə qoşulub. Millimizin üzvü Zaqreb təmsilçisinin Konfrans Liqasının PAOK-la matçından öncə baş tutan məşqdə də iştirak edib.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir. O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti