"Kəpəz" "Zirə" ilə oyunun hazırlığına start verdi

17:12 - 12 Mart 2024

"Kəpəz" bir günlük istirahətin ardından məşqləri bərpa edib.

Sportal.az xəbər verir ki, "sarı-göylər" həftəsonu səfərdə qarşılaşacaqları "Zirə" ilə oyuna hazırlaşırlar. Adil Şükürovun yetirmələri matça kimi gündə bir dəfə olmaqla Məşq Mərkəzində çalışacaqlar.

İlk məşq prosesi trenajor zalında başlayıb, daha sonra meydanda davam edib.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması 16 mart tarixində saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti