Quliyev Macarıstana yollanacaq

09:49 - 21 Mart 2024

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Macarıstan oyununun hakim inspektoru olacaq.

Mat, martın 26-da, saat 18:00-da Qazaxıstanın Almatı şəhərindəki "Almatı Ortalık" stadionunda keçiriləcək. 

Xəbər xətti