"Barselona" braziliyalı üçün hərəkətə keçdi

11:47 - 21 Mart 2024

"Barselona" "Nottingem Forest"in müdafiəçisi Murilyonu transfer etməyi planlaşdırır.

Sportal.az "Football Espana"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu futbolçu üçün hərəkətə keçib.

İspaniya nəhəngi Murilyonu yayda klubdan ayrılacağı gözlənilən Jül Kounde və Andreas Kristensenin yerinə potensial olaraq görür. 

21 yaşlı braziliyalıya "Liverpul", "Arsenal", "Mançester Yunayted" və PSJ klubları da iddialıdır. Mərkəz müdafiəçisi 2023-cü ildə “Korintians”dan “Nottingem Forest”ə keçib.

Xəbər xətti