"Mançester Yunayted" "Fulhem"in müdafiəçisi ilə maraqlanır

17:50 - 21 Mart 2024

"Mançester Yunayted" mövsümün sonunda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Fulhem"də çıxış edən Tosin Adarabioyonu heyətinə cəlb etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisinin "Fulhem"lə müqaviləsi yayda başa çatır. "Mançester Yunayted" onu azad agent statusu ilə rənglərinə bağlamağı düşünür.

Qeyd edək ki, "Fulhem" Tosin Adarabioyonu 2020-ci ilin oktyabr ayında "Mançester Siti"dən transfer edib. İngiltərəli arxa xətt oyunçusu bu mövsüm londonluların heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti