"Neftçi" bəyanat yaydı

19:55 - 21 Mart 2024

"Neftçi" klubu bəyanat yayıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bəzi futbolçuların komandadan ayrılacağı barədə xəbərləri təkzib edib:

"Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. “Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq. Bir daha xatırladırıq ki, media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur".

Xəbər xətti