Ulduz futbolçu yetirməsi olduğu kluba qayıdır

21:50 - 21 Mart 2024

"Benfika"nın futbolçusu Anxel Di Mariya gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 36 yaşlı vinger Argentinaya qayıdacaq. Bu barədə ESPN məlumat yayıb.

Argentina millisinin üzvü yetirməsi olduğu "Rozario Sentral" klubunda oynamaq istəyir.

Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm "Benfika"nın heyətində meydana çıxdığı 39 rəsmi matçda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti