Ölkə kuboku: "Neftçi" finalda oynayacaq

09:19 - 18 Aprel 2024

Basketbol üzrə Azərbaycan kubokunda hər iki finalçının adına aydınlıq gəlib. 

Sportal.az xəbər verir ki, "Xəzri"nin rəqibi "Neftçi" olacaq. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Neftçi" "Sərhədçi" ilə üz-üzə gəlib.

Matç "ağ-qaralar"ın üstünlüyü ilə keçib və onlar qələbə qazanıblar. Ondan əvvəl isə "Xəzri" "NTD-İndiqo"nu məğlub edə bilmişdi.

Kubokun finalı aprelin 20-də olacaq. Qarşılaşma 15:00-da start veriləcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel
“Neftçi” – “Sərhədçi” - 91:73 (31:22, 21:20, 20:16, 19:15)

Xəbər xətti