"Mançester Siti" güclü klubdur, amma ən yaxşısı müdafiə olunan komandadır"

20:48 - 18 Aprel 2024

"Arsenal", "Barselona" və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" - Real" matçından sonra müdafiə hərəkətlərinin müasir futbolda rolundan danışıb.

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan veteran futbolçu Mançester klubunun güclü olmasına baxmayaraq, "Real"ın müdafiə planında daha çox etibarlılığından bəhs edib:

"Müdafiə deyilən anlayış var. Komandanız müdafiə olunaraq da, oyunu idarə edə bilər. İnsanlar deyə bilər ki, “Mançester Siti” güclü klubdur. Lakin müdafiə olunmaq oyunun bir hissəsidir. Məncə, ən yaxşı komanda elə doğru müdafiə olunan komandadır. Çempionlar Liqasındakı matçlar da bunu göstərdi".

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” və "Real" arasında keçirilmiş ilk görüş 3:3 hesabı ilə yekunlaşıb. Mançesterdə baş tutmuş cavab matçının əsas və əlavə vaxtı 1:1 bitdiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. "Real" daha dəqiq (4:3) oynayaraq yarımfinalda "Bavariya"ya rəqib olub.

Xəbər xətti