Konfrans Liqası: "Fənərbaxça" "Olimpiakos" səddini keçə bilmədi

01:53 - 19 Aprel 2024

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Sportal.az xəbər verir ki, "Lill" "Aston Villa"ya qalib gəlsə də, penaltilər seriyasında uduzaraq yarımfinala çıxa bilməyib. 

"Fiorentina" "Viktoriya"nı, "Brügge" isə PAOK-u məğlub edib. 

"Fənərbaxça" isə "Olimpiakos" səddini keçə bilməyib. 

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

18 aprel

"Fiorentina" (İtaliya) - "Viktoriya" (Çexiya) 2:0
Qollar
: N.Qonsales, 92, K.Biraqi, 108
İlk oyun 0:0

"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) 2:1 (penaltilər 3:4)
Qollar
: Y.Yazıcı, 15, B.Andre, 67 - M.Keş 87
İlk oyun 1:2

"Fənərbaxça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) 1:0 (penaltilər seriyası 2:3)
Qol
: İrfancan Kahveci 11
İlk oyun 2:3

PAOK (Yunanıstan) - Brügge (Belçika) 0:2
Qollar:
Yutqla 35, 42
İlk oyun 0:1

Xəbər xətti