"Sabah"ın 4 futbolçusu "Kəpəz"ə qarşı oynamayacaq

14:13 - 20 Aprel 2024

"Sabah" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Kəpəz"ın oqnağı olacaq.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Müdafiəçi Maruan Hadudi cəzalı durumdadır. Mərakeşli futbolçu mövsümdə 4-cü dəfə sarı vərəqə görüb. Yarımmmüdafiəçilər Kristian Sebalyos, Vinsent Till və Jarl Marqarita isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Kəpəz" - "Sabah" qarşılaşması sabah saat 16:30-da Tovuz şəhər stadionunda keçiriləcək.

Xəbər xətti