2 il sonra yenidən La Liqada

23:14 - 1 İyun 2025

"Elçe" iki il əvvəl La Liqanı tərk etdikdən sonra yenidən La Liqaya qayıdır.

Sportal.az xəbər verir ki, Eder Sarabianın komandası Segundada ikinci yeri tutaraq turnirin qalibi "Levante" ilə birlikdə Premyeraya yüksəlib.

Ən yüksək divizionda oynamaq hüququ uğrunda pley-off yarımfinalında "Oviedo" "Almeria" ilə (7 və 11 iyun), həmçinin "Mirandes" "Rasinq" ilə (8 və 12 iyun) qarşılaşacaq. Cütlərin qalibləri final mərhələsində iki oyun keçirəcək.

Xəbər xətti