Arda Turanı əvəz edəcək baş məşqçi məlum oldu

16:18 - 5 İyun 2025

Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Selçuk Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Eyüpspor"u bundan əvvəl Arda Turan çalışdırıb. Selçuk Şahin isə Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montellanın köməkçisi vəzifəsini yerinə yetirirdi.

Xəbər xətti