40 yaşlı hücumçunun yeni klubu bəlli oldu

19:18 - 5 İyun 2025

Vaqner Lavın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu ölkəsinin "Retro" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

C Seriyası təmsilçisi 40 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Vaqner Lavın son klubu "Avay" olub.

Xəbər xətti