Fransa millisinin üzvü İtaliya klubuna keçir

18:47 - 6 İyun 2025

"Milan" Fransa millisinin üzvü Adrien Rabio üçün hərəkətə keçib.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" "Marsel”in yarımmüdafiəçinin keçidini bu yay həll etmək niyyətindədir.

Fransa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Rabio İtaliyaya qayıtmağa hazırdır.

Amma "Milan" oan görə 2 milyon avro ödəməlidir. O, bu mövsüm Liqa 1-də 29 matçda 9 qol vurub, 4 asist edib.

O, əvvəllər PSJ, "Tuluza" və "Yuventus"da oynayıb.

Xəbər xətti