"Erzurumspor"a keçidi gündəmdə olan Rüfət Abdullazadəyə daha bir klub təklif göndərib.
Sportal.az saytına verilən məlumata görə, bir illik fasilədən sonra Premyer Liqaya geri dönən “Qəbələ” yarımmüdafiəçi üçün hərəkətə keçib.
Bölgə təmsilçisi Abdullazadəni yeni sezon üçün heyətində görmək istəyir.
24 yaşlı futbolçunun “Qəbələ”yə bir illik icarəyə verilməsi də mümkündür. Onun “Səbail”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi