Rayan Şerki "Mançester Siti"yə transfer olunub.
Sportal.az xəbər verir ki, İngiltərə klubu "Lion"un yarımmüdafiəçisinin transferini elan edib. Tərəflər 2030-cu ilə qədər müqavilə bağlayıblar.
Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin "Lion" futbolçunun növbəti transferindən 15% pay alacaq.
Ötən mövsüm Liqa 1-də Rayan 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi