"Turan Tovuz" 9 futbolçu ilə yollarını ayırdı

14:16 - 10 İyun 2025

"Turan Tovuz" 9 futbolçu ilə yolları ayırdığını elan edib.

Sportal.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” PFK  ilə müqavilə müddətləri başa çatan futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb. 

Klub futbolçuların hər birinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər xətti