Tanınmış mütəxəssis "Sabah"ın baş məşqçisini ÇSKA-ya namizəd göstərdi: "Azərbaycanda uğurlu işlər görür"

11:47 - 11 İyun 2025

Rusiyanın ÇSKA klubu prezidentinin keçmiş müşaviri Vasili Nepomnyaşi Ordu təmsilçisinin baş məşqçi postuna mümkün namizədlərdən danışarkən "Sabah"ın çalışdırıcısı Vasili Berezutskini də qeyd edib.

Sportal.az xəbər verir ki, “Matç TV”yə açıqlamasında rus mütəxəssis Berezutski barədə bunları deyib:

"Söhbət zövq və klub rəhbərlərinin işidir. Mənə maraqlı olardı ki, ÇSKA-nın keçmiş futbolçularından biri komandaya rəhbərlik edərdi. Sergey İqnaşeviç bacara bilər. Vasili Berezutski də Azərbaycanda uğurlu işlər görür. ÇSKA-nın baş məşqçi təyinatı zamanı nəyi rəhbər tutacağını bilmirəm".

Qeyd edək ki, Vasili Berezutski ötən ilin noyabrından “Sabah”ı çalışdırmağa başlamışdı. Onun rəhbərliyi altında Masazır təmsilçisi ölkə kubokunu qazandırıb. 
 

Xəbər xətti