"Neftçi"yə keçəcəyi iddia edilən müdafiəçi: "Maraq göstərən komandalar var"

13:47 - 11 İyun 2025

"Sumqayıt"ın futbolçusu Murad Xaçayevin “Neftçi”yə keçəcəyi gözlənilir.

Bu ayın sonunda "kimyaçılar"la müqaviləsi başa çatacaq 27 yaşlı müdafiəçi Sportal.az saytına açıqlamasında həmin iddialar haqda danışıb:

"Mətbuatda çox maraqlı şeylər yazılır(gülür). Hələ ki konkret bir şey yoxdur. Hazırda ancaq maraq göstərən komandalar var. Müxtəlif ölkələrdən agentlər zəng edib soruşurlar ki, bu və ya digər ölkəyə getmək maraqlı olardı. Ancaq hələlik konkret təklif yoxdur”.

"Şaxtyor"(Donetsk) klubunun yetirməsi olan Murad 2018-ci ildən "Sumqayıt"da oynayır.

Xəbər xətti