Bu mövsüm Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli"də ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın baş məşqçisi Fərid Namazovla yollar ayrılıb.
"İmişli" Fərid Namazov olmaqla məşqçilər korpusuna göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 32 yaşlı mütəxəssis ötən ilin avqust ayından komandaya rəhbərlik edirdi.
saytlarin hazirlanmasi