"Mançester Siti" Gündoğanın Türkiyə klubuna keçməsinə razıdır

23:04 - 20 İyun 2025

"Mançester Siti" İlkay Gündoğanın "Qalatasaray"a keçməsinə icazə verməyə hazırdır.

Sportal.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, İstanbul təmsilçisi Gündoğanın qış transfer pəncərəsində əlçatan olub-olmadığını öyrənmişdilər, lakin "şəhərlilər" onun mövsümün ortasında ayrılmasını istəmirdi.

Hazırda isə "Qalatasaray" transfer imkanını nəzərdən keçirir və Mançester təmilçisi futbolçunun keçidinə açıqdır.

Qeyd olunur ki, baxmayaraq ki, Gündoğanın müqaviləsi 2026-cı ilin yayına qədər uzadılıb, ona azad agent kimi ayrılmağa icazə verilə bilər.

Xəbər xətti