"Neftçi"yə keçəcəyi gözlənilən müdafiəçi "Sumqayıt"dan ayrıldı

10:41 - 25 İyun 2025

"Sumqayıt" müqavilə müddəti başa çatan yarımmüdafiəçi Murad Xaçayev ilə yollar ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib.

Xaçayev bu oyunlarda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti