“Neftçi” xeyli vaxtdır izinə düşdüyü qapıçı ilə müqavilə bağlaya bilmir.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb “ağ-qaralar”ın həftələrdir danışığ apardığı bosniyalı “çərçivə” qoruyucusu Kenan Piriçin başqa ölkələrdən sərfəli təkliflər almasıdır.
Ötən ilin yayında “Antalyaspor”la 2 illik sözləşməyə imza atan 30 yaşlı futbolçu mövsüm başa çatandan sonra azad agent statusuna yiyələnib.
Piriç Antalyada qalmaq istəmədiyini bildirib, baş məşqçi Emre Belözoğlu qərara hörmətlə yanaşıb.
“Neftçi” təcrübəli qolkiperə maddi şərtlərini və 2 illik müqavilə irəli sürüb. Təmsilçimizin təklif etdiyi maaş Kenanın ürəyincə deyil. Və buna görə də konkret cavab demir.
Ərəb ölkələrindən yüksək məbləğli təkliflər aldığından, karyerasının son illərində daha yaxşı qazanmaq arzusundadır. Hətta Türkiyə klublar belə, “Neftçi”dən daha çox ödəməyə hazırdır.
Bosniya və Hersoqovina millisində 8 oyun keçirən qapıçı vətənində “Qradina”, “Sloboda”, “Zrinski Mostar”, Belçikada “Gent”, Sloveniyada “Maribor”,Yunanıstanda “Atromitos”,Kiprdə “AEK Larnaka”, Türkiyədə “Göztəpə” və “Antalyaspor”un şərəfini qoruyub.
saytlarin hazirlanmasi