"Arsenal" müdafiəçisi ilə yollarını ayırdı - RƏSMİ

17:33 - 4 İyul 2025

İngiltərənin "Arsenal" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi Takehiro Tomiyasu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Arsenal" Takehiro Tomiyasunu 2021-ci ilin yayında "Bolonya"dan transfer etmişdi. Yaponiya millisinin üzvü olan 26 yaşlı futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 84 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti