"Zirə"nin rəqibi qələbə qazandı

12:58 - 5 İyul 2025

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan kollektiv yerli "Radomlje" ilə üz-üzə gəlib. Qarşılaşma Split təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Hayduk" növbəti hazırlıq matçını "Polyud"a qarşı keçirəcək.

Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Xorvatiyada təşkil olunacaq.

Xəbər xətti