"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıtdı

19:50 - 21 İyul 2025

"Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyə qayıdıb.

Sportal.az xəbər verir ki, Super Liqaya yüksələn "Gənclərbirliyi" nigeriyalı vingeri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Henri Onyekurunun son klubu Səudiyyə Ərəbistanında "Əl-Fəyha" olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində  "Qalatasaray"ın formasını geyinib.

Xəbər xətti