"Fənərbaxça" yoxlama matçında qələbə qazandı

01:01 - 21 İyul 2025

Növbəti mövsüm hazırlıqlarını Portuqaliyada davam etdirən "Fənərbaxça" növbəti yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, Portuqaliyanın II liqa klublarından olan "Leiria" ilə qarşılaşan İstanbul nəhəngi 2:0 hesablı qələbə qazanıb. Matçda qolları Ze Vitor(ö.q) və İrfan Can Kahveci vurub.

Qeyd edək ki, "Fənərbaxça" ölkədəki təlim-məşq toplanışının ilk matçında "Portimonense"ni də 2:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti