"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "topçular" "Çelsi"dən Noni Maduekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Arsenal" ingiltərəli vinger üçün onun klubuna 55+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Noni Madueke ötən mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi