"Qarabağ"ın "Şelburn"la oyunu xorvat hakimə tapşırıldı

11:49 - 18 İyul 2025

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Dublində “Şelburn” və “Qarabağ” klubları arasında keçiriləcək ilk oyunu idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşma Ante Kulinaya həvalə olunub, ona laynsmenlər Luka Pusiç və İvan Mixal, həmçinin dördüncü hakim Mateo Erçeq köməklik edəcək.

Hakimlər briqadası Xorvatiyanı təmsil edir. Bu oyun iyulun 23-də Tolka Park stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbər xətti