Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Qeyd edək ki, “Neftçi” digər yoxlama matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi