Flik 33 yaşlı yarımmüdafiəçini "Barselona"da görmək istəmir

21:38 - 15 İyul 2025

"Barselona" Oriol Romeu ilə müqaviləni vaxtından əvvəl ləğv edə bilər.

Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, komandanın baş məşqçisi Hans-Diter Flik icarədən sonra kluba qayıdan 33 yaşlı yarımmüdafiəçini planlarına daxil etmir. Yaxın günlərdə futbolçu ilə alman çalışdırıcı arasında görüş keçiriləcək.

Qeyd olunur ki, "Barselona" 2026-cı ilə qədər qüvvədə olan müqaviləni uzatmağı düşünmür və ayrılıq üçün müxtəlif variantları nəzərdən keçirir.

Eyni zamanda "Jirona"nın baş məşqçisi Miçel Sançes növbəti mövsümdə də Romeunu komandasında görmək istəyir. Tərəflər "Barselona"nın Asiya turuna qədər futbolçunun gələcəyinə aydınlıq gətirmək niyyətindədir.

Xəbər xətti