"Şəfa" yeni mövsümdə də legionersiz oynayacaq. Yeni mövsümdən iddialılar arasında yer alacağı gözlənilən Birinci Liqa təmsilçisinin legioner transferinə icazə verilməyib.
Sportal.az saytına verilən məlumata görə, bu qərar klub rəhbərliyinindir. Belə ki, rəhbərlik tərəfdən öncə maksimum 2 xarici futbolçunun komandaya gətirilməsinə "okey" var idi.
Lakin sonradan qərar dəyişib: legioner transferinə icazə verilməyib. "Şəfa" Birinci liqada legionersiz oynayacaq yeganə komanda ola bilər.
Klub rəhbərliyi ancaq yerli futbolçulara güvənəcək.
saytlarin hazirlanmasi