"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə ESPN televiziyası məlumat yayıb.
Xabi Alonso "Bayer"də onun rəhbərliyi altında oynamış İnkapyeni komandasına gətirməyi planlaşdırır. 23 yaşlı mərkəz müdafiəçisi "Real"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi