"Beşiktaş" transfer danışıqlarına başladığı və tibbi müayinə üçün İstanbula dəvət etdiyi Kayl Uolker-Petersdən imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli sağ cinah müdafiəçisi "qara qartallar"dan qərar vermək üçün əlavə vaxt istəyib. Belə olan halda "Beşiktaş" transferdən imtina edib və həmin mövqe üçün alternativ oyunçularla danışıqlara başlanacaq.
Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu "Sauthempton" olub. 28 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatıb.
saytlarin hazirlanmasi