"Neftçi" və Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərovanın Rumıniya “Dinamo” klubuna keçidi baş tutmayıb.
Sportal.az xəbər verir ki, tərəflər yekun razılığa gəlməyib.
Bakı klubu Azərbaycan millisinin 22 yaşlı qolkiperini ən azı bir mövsüm daha komandada saxlayacaq.
Cəfərovun “Neftçi” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.