“Real”ın(Madrid) yarımmüdafiəçisi Dani Sebalyos “Betis”ə qayıdacağı haqda danışıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Dani bu kluba icarə əsasında yollana bilər:
“Betis” mənim evimdir və həmişə belə olacaq. Ümid edirəm ki, onların qapıları da mənə həmişə açıq qalacaq. Bu həftədən sonra gələcəyim haqqında danışacağıq. Hələlik heç bir görüş baş tutmayıb”.
28 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Betis”in yetirməsi olan futbolçu 2017-ci ildə Madrid klubuna keçmişdi.