Premyer Liqa klubu 34 yaşlı qapıçı transfer etdi - RƏSMİ

22:33 - 15 İyul 2025

"Aston Villa" 34 yaşlı qapıçı ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, İngiltərə klubu Marko Bizotun "Brest"dən transfer olunduğunu rəsmən açıqlayıb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Niderlandlı qolkiper 2024/25 mövsümündə bütün turnirlərdə 41 oyun keçirib və 58 qol buraxıb.

Xəbər xətti