"Sabah"ın futbolçusu Rauf Rüstəmlinin keçidi barədə “Sumqayıt” klubu ilə razılığa gəlinib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, anlaşmaya əsasən, Rauf “Sumqayıt” klubuna icarəyə verilib.
Qeyd edək ki, icarənin müddəti 1 ildir."Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı" klublarının uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.
saytlarin hazirlanmasi