Fran Qarsiya karyerasını A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real"ın sol cinah müdafiəçisi ilə "Milan" maraqlanır. "Calciomercato"nun məlumatına görə, "rossoneri"nin idman direktoru İgli Tare onu "Əl-Hilal"a keçən Teo Ernandesin əvəzedicisi kimi görür.
Bildirilib ki, "Real" Ferlan Mendinin zədələnməsi səbəbilə Qarsiya ilə vidalaşmağa tələsmir. Buna baxmayaraq, futbolçunun özü "Milan"a keçməkdə maraqlıdır və əsas heyətdə yer tutacağına inanır.
Yaxın günlərdə klublar arasında ilkin danışıqların başlanacağı gözlənilir. Madrid klubu Fran Qarsiyanı 20 milyon avroya dəyərləndirir.
Qarsiya "Real" akademiyasının yetirməsidir. O, ötən La Liqa mövsümündə 31 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun 25 yaşı var.
saytlarin hazirlanmasi