Kapitan Bakı klubunu tərk etmədi

19:22 - 15 İyul 2025

“Səbail” kapitanı Yusif Nəbiyevi komandada saxlamağı bacarıb.

Sportal.az saytına verilən məlumata görə, bir neçə klubdan təklif alan müdafiəçi sonda “dənizçilər”lə anlaşıb.

Birinci Liqa təmsilçisinin kapitanı böyük ehtimalla yeni mövsümü də “Səbail”də keçirəcək.

27 yaşlı müdafiəçi “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “Kəpəz” komandalarında oynayıb.

Xəbər xətti