Nikolas Cekson "Mançester Yunayted"ə keçə bilər.
Sportal.az xəbər verir ki, "The Times"in məlumatına görə, "qırmızı şeytanlar" "Çelsi"nin hücumçusunun durumunu diqqətlə izləyir. Cekson, "zadəganlar"ın Liyam Delap və Joau Pedru ilə müqavilə imzalamasından sonra gələcəyini düşünməyə başlayıb.
Bildirilib ki, "Çelsi" Ceksonu satmağa tələsmir, lakin yaxşı təklif daxil olarsa, onun transferinə razılıq verə bilər. Futbolçuya "Milan" və "Aston Villa" da maraq göstərir.
Ötən Premyer Liqa mövsümündə Cekson 30 turda iştirak edib və 10 qol vurub.
saytlarin hazirlanmasi