Alexandro Qarnaço Səudiyyə Ərəbistanına keçməkdən imtina edib.
Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, "Mançester Yunayted"in vingeri ilə "Əl-Nəsr" klubu əlaqə saxlayıb. Lakin argentinalı futbolçu Ər-Riyad klubuna imtina cavabı verib. O, Avropada oynamağa üstünlük verir.
Bildirilir ki, "qırmızı şeytanlar" 21 yaşlı futbolçuya digər klublardan gələn təklifləri dəyərləndirməyə icazə verib.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Qarnaço 36 oyunda iştirak edib, 6 qol və 2 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi