İspaniyalı futbolçu "Real"dan getdi - RƏSMİ

15:17 - 16 İyul 2025

İspaniyanın "Real" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Lukas Vaskeslə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin sabiq üzvünün "kral klubu" ilə başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Lukas Vaskes 2007-ci ilin yayında "Real"ın akademiyasına qoşulub. 34 yaşlı sağ cinah müdafiəçisi Madrid təmsilçisinin heyətində meydana çıxdığı 402 rəsmi matçda 38 qol və 73 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti