Bu qapıçı “Neftçi”yə keçməyəcək – Bolqarıstan nəhəngi onu heyətinə qatacaq

14:22 - 16 İyul 2025

“Neftçi”nin əsas transfer hədəflərindən olmuş Kenan Piriç Azərbaycana gəlməyəcək.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” bosniyalı qolkiperlə uzun müddət danışıq aparıb və ilkin razılıq da əldə edib. Lakin maliyyə məsələsinə görə Piriçin “Neftçi”yə baş tutmayıb.

Yeri gəlmişkən, “Ludoqorets” 31 yaşlı qapıçını transfer etməyə yaxındır. “Neftçi”dən fəqli olaraq, Bolqarıstan nəhəngi Piriçin istədiyi məbləği ödəməyə hazırdır.

Bosniya və Herseqovina millisinin üzvü “Gent”, “Jrinski Mostar”, “Maribor”, “Atromitos”, “Göztepe”, AEK(Larnaka), “Antalyaspor” klublarının qapısını qoruyub.

Xəbər xətti