“Qəbələ”nin sabiq futbolçusu Lukas Afriko Türkiyədə oynayacaq.
Sportal.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçi “Vansspor”la anlaşıb.
Yeni mövsümdən 1-ci liqada mübarizə aparacaq klub Lukasla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Afriko 2023/2024 mövsümünü “Qəbələ”də keçirmişdi.