Klubun strategiyası eyni olaraq qaldıSloveniya millisinin sabiq müdafiəçisi, hazırda isə Avstriyanın “Blau-Vays” klubunun baş məşqçisi Mitya Möreç Sportal.az saytına açıqlama verib.
Sloveniyalı bu gün “Çelye” və “Sabah” klubları arasında keçiriləcək Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündəki şanslarını dəyərləndirib.
Möreçin fikrincə, həmyerliləri yenə də bu oyunun favoritidir: “Çelye”nin yaxşı komanda olduğunu və yaxşı futbol oynadığını sizə bildirmişdim. Səfər matçında çox yaxşı futbol oynadılar. Cavab görüşündə də “Çelye” favoritdir və ikinci oyunda da qalib gələ bilərlər. Doğrudur, “Sabah” da mübarizə apardı, yaxşı oynadı. Hər halda, “Çelye” yaxşı futbol oynayaraq, qalib gəldi. İkinci matç isə yenidir, sıfırdan başlayır, hesab 0:0 olacaq. “Çelye” öz azarkeşi qarşısında oynayacaq və qalib gəlmək istəyəcək. Hesab necə olacaq deyə bilmərəm, amma maraqlı görüş olacağı dəqiqdir”.
"Çelye" - "Sabah" görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:00-da start veriləcək.
Mirbağırağa