"Neftçi" Zəfər Gününə həsr edilən yeni forma hazırladı - FOTOLAR

14:22 - 17 İyul 2025

"Neftçi" yeni səfər formasını təqdim edib.

Sportal.az xəbər verir ki, oyun dəsti 2025/26 mövsümünün səfər forması bu ilin payızında qeyd olunacaq şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub.

Forma “Kappa” tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib və hazırlanıb.

Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir - o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir.

Qeyd edək ki, bundan əvvəl "Neftçi" ev oyunları üçün nəzərdə tutulmuş formasını komandanın əfsanəvi futbolçusu Anatoli Banişevskiyə həsr etmişdi.

Xəbər xətti