Almaniyanın "Leypziq" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSV-dən Yohan Bakayokonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" belçikalı vinger üçün Niderland klubuna 18+4 milyon avro təzminat ödəyəcək. 22 yaşlı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Yohan Bakayokonu 2019-cu ilin yayında "Anderlext"in akademiyasından transfer etmişdi. Belçika millisinin üzvü ötən mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi